Abbas Əraqçi BQXK-nın prezidenti ilə görüşüb
Operativ Media
İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spoljaric ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı tərəflər beynəlxalq humanitar hüquq, həmçinin İran və BQXK arasında əməkdaşlığı müzakirə ediblər.
Abbas Əraqçi bütün hökumətlərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, İranın XİN rəhbəri Omanın vasitəçili ilə ABŞ ilə nüvə danışıqları aparmaq üçün Cenevrəyə səfər edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net