Menyu

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri ilə görüşüb

Operativ Media
Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri ilə görüşüb

Leyla Əliyeva Albaniya Respublikasında səfərdədir.

Operativ Media xəbər verir ki, Leyla Əliyeva səfər çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb.

Səmimi dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Albaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bir daha vurğulanıb.

Tərəflər mədəni əlaqələrin möhkəmləndirilməsini müzakirə edərək, incəsənətin birgə yaradıcılıq üçün universal vasitə kimi rolunu qeyd ediblər.

Söhbət zamanı Leyla Əliyeva və Edi Rama ekoloji məsələlərə xüsusi diqqət ayıraraq, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər