Menyu

Polşa vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb

Operativ Media
Polşa vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb

Polşanın Xarici İşlər Nazirliyi və Moskvadakı səfirliyi ölkə vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Qeyd olunub ki, Polşa vətəndaşları fövqəladə hallar istisna olmaqla, Rusiyaya bütün səyahətlərdən çəkinməlidirlər.

Polşa diplomatları bildirirlər ki, "Təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar halında təxliyə xeyli çətinləşə və ya hətta qeyri-mümkün ola bilər".

Əlaqəli Xəbərlər