Menyu

Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş başa çatıb

Operativ Media
Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş başa çatıb

Cenevrə danışıqlarının siyasi bloku başa çatıb, hərbi blok üzrə isə müzakirələr davam edir.

Operativ Media xəbər verir ki, bu barədə BBC Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, siyasi məsələlərə məsul olan rəsmilər məsləhətləşmələri yekunlaşdırıblar. Eyni zamanda, nümayəndə heyətlərinin hərbi məsələlər üzrə üzvləri işlərini hələ də davam etdirirlər.

"Siyasi və hərbi qruplar işlərinə sabah səhərdən davam edəcəklər. Sabah danışıqların nəticələrinə dair tərəflərdən bəyanatlar gözləyirik", - deyə agentlik bildirib.

Qeyd edək ki, məsləhətləşmələr artıq beş saatdır davam edir. Görüşlər "InterContinental" hotelində qapalı rejimdə keçirilir.

Əlaqəli Xəbərlər