Menyu

Tramp İlham Əliyev və Nikol Paşinyana təşəkkür edib

Operativ Media
Tramp İlham Əliyev və Nikol Paşinyana təşəkkür edib

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib.

Operativ Media xəbər verir ki, o bunu Sülh Şurasının ilk iclasında bəyan edib.

"İki ölkə arasında 32 il münaqişə var idi. Buna 24 saat içində son qoyduq", - o deyib.

D.Tramp İlham Əliyev və Nikol Paşinyana müraciət edərək "mən düşünürəm ki, siz artıq dostlaşmısınız" deyib.

"Bu iki insan çox sərt adamdırlar və onlar arasında sülh yaratmaq elə də asan olmayıb. Mənim ofisimdə görüş başlayanda masanın əks istiqamətlərində əyləşmişdilər. Mən onlara yaxın oturmağa təklif etdim. Bir saatdan sonra yanbayan oturduq, əllər sıxıldı. İki ölkə arasında sülh yarandı. Mən bu günü heç zaman unutmayacam. Siz özünüzlə fəxr edə bilərsiniz. Çox gözəl nailiyyət ortaya qoymusunuz".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər