Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında deyib.
“Onların nüvə silahı olmamalıdır. Bu, çox açıq şəkildə onlara bildirilib”, — Tramp bildirib.
Tramp qeyd edib ki, Uitkoff və Kuşner iranlılarla “yaxşı danışıqlar” aparıb:
“Mənalı bir razılaşma əldə etməliyik, əks halda pis şeylər ola bilər”.
O əlavə edib ki, yaxın 10 gün ərzində razılaşmanın əldə olunub-olunmayacağı bilinəcək: “Bəlkə bir addım daha irəli getməli olacağıq, bəlkə də yox. Bəlkə bir razılaşma əldə edəcəyik. Təxminən növbəti 10 gün ərzində bunu öyrənəcəksiniz”.