Hikmət Hacıyev: Sülh Şurasında Prezident İlham Əliyev və Nikol Paşinyanın əl sıxması dərin simvolik məna daşıyır
Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın əl sıxması dərin simvolik məna daşıyır.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X" sosial şəbəkəsindəki paylaşımda bildirilib.
"SÜLH sözünün böyük baş hərflərlə yazıldığı fonda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxır. Təsadüf kimi görünə bilən bu an dərin simvolik məna daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev qurucu üzv dövlət kimi Sülh Şurasının təsis iclasında iştirak edir. Sülh Şurasının Təsisçi Sədri kimi Prezident Donald Tramp bir daha Azərbaycan-Ermənistan sülh gündəliyini vurğuladı", - paylaşımda qeyd olunub.
Against the backdrop of the word PEACE written in large capital letters, the President of Azerbaijan and the Prime Minister of Armenia shake hands.
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 19, 2026
What may seem like a coincidence holds deep symbolic meaning.
Ilham Aliyev, President of the Republic of Azerbaijan, participates… pic.twitter.com/MyyN7YWgW9