Menyu

Tramp: "Sülh Şurası"nın bəzi üzvləri Qəzzaya 7 milyard dollar ayırmaq barədə razılığa gəlib

Operativ Media
Tramp: "Sülh Şurası"nın bəzi üzvləri Qəzzaya 7 milyard dollar ayırmaq barədə razılığa gəlib

Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında 40-dan çox üzv ölkənin nümayəndələri qarşısında çıxış edərək Qəzza üçün yardım paketinə 9 ölkənin ümumilikdə 7 milyard dollar ayırmağa razılaşdığını açıqlayıb.

Operativ Media xəbər verir ki, maliyyə öhdəliyi götürən ölkələr Qazaxıstan, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveytdir.

Bildirilib ki, bu məbləğ əhəmiyyətli olsa da, müharibədən zərər görmüş Fələstin ərazilərinin bərpası üçün tələb olunan təxminən 70 milyard dolların yalnız bir hissəsini təşkil edir.

Qeyri-sabit atəşkəs fonunda Sülh Şurasının qlobal münaqişələrin həllində Birləşmiş Millətlər Təşkilatı ilə rəqabət apara biləcək platformaya çevrilməsi planlaşdırılır.

Beynəlxalq təhlükəsizlik qüvvələrinin komandanı, general-mayor Jasper Jeffers bildirib ki, İndoneziya, Mərakeş, Qazaxıstan, Kosovo və Albaniya Qəzzada sabitləşdirmə missiyası üçün minlərlə hərbçi göndərməyi öhdələrinə götürüblər.

Bundan əlavə, Misir və İordaniya polis qüvvələrinin hazırlanmasına dəstək verəcək.

Əlaqəli Xəbərlər