Fidan: Türkiyə Qəzzaya beynəlxalq sabitləşmə qüvvələrinə öz heyətini göndərməyə hazırdır
Operativ Media
Türkiyə Qəzzaya beynəlxalq sabitləşmə qüvvələrinə öz heyətini göndərməyə hazırdır.
Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında çıxışı zamanı deyib.
Hakan Fidanın sözlərinə görə, iki ildən sonra ABŞ Prezidenti Donald Trampın şəxsi təşəbbüsü və Türkiyənin müştərək səyləri ilə münaqişəyə son qoyulub:
"Amma humanitar vəziyyət həssas məsələdir. Odur ki, birlikdə səylərimiz vacibdir. Səhiyyə və təhsilin bərpasına, Qəzza polisinin təliminə dəstəyə, eləcə də beynəlxalq sabitləşmə qüvvələrinə öz heyətimizi göndərməyə də hazırıq. Ədalətə, sülhün təminatına səylərinizi dəstəkləyirik".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net