Menyu

ATƏT PA sessiyasında Azərbaycana qarşı hibrid hücumlar barədə məlumat verilib

Operativ Media
ATƏT PA sessiyasında Azərbaycana qarşı hibrid hücumlar barədə məlumat verilib

ATƏT Parlament Assambleyasının (PA) hazırda Vyanada davam edən qış sessiyasında hibrid vasitələrlə dövlətlərin suverenliyinə qarşı hücumlar və daxili işlərinə müdaxilə məsələsi üzrə xüsusi debat keçirilib.

Operativ Media xəbər verir ki, sessiyada Avropa İttifaqının komissarı Maykl Mak Qrat, ATƏT PA İnsan hüquqları, Demokratiya və Humanitar məsələlər Komitəsinin məruzəçisi Karina Ödebrink, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Maria Telalian, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi səfir Jan Braathu məruzələr təqdim ediblər. Məruzəçilər kiber vasitələrə əsaslanan hibrid hücumların geniş yayıldığını bildiriblər. Avropa İttifaqının Komissarı Mak Qrat siyasətçilərə və onların ailə üzvlərinə qarşı xaricdən hibrid hücumlar təşkil etməklə onların iradəsinə təsir göstərmək praktikası barədə məlumat verib, bu cür hallara qarşı mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Sonra Assambleyanın üzvləri çıxış ediblər. Müzakirə zamanı dövlətlərin seçkilərinə və daxili siyasi proseslərinə xaricdən müdaxilə, süni intellektdən istifadə etməklə yalan məlumatların və “deepfake” qrafik təsvirlərin yayılması ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə, həmçinin Milli Məclisin nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov Azərbaycana qarşı hibrid hücumlar barədə məlumat verib.

Əlaqəli Xəbərlər