Menyu

Aydın Mirzəzadə: Sülh Şurası real sülh üçün yeni ümid yaradır

Operativ Media
Aydın Mirzəzadə: Sülh Şurası real sülh üçün yeni ümid yaradır

“Sülh Şurası adlı bir təşkilatın yaranması ilə bağlı təşəbbüs dünyada böyük maraq doğurdu. Artıq 20-dən çox dövlət bunun təsisçisi olmaq qərarına gəlib və onlardan biri də Azərbaycandır”.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib. 

O bildirib ki, məqsəd dünyanın bu və ya digər bölgəsində olan hərbi qarşıdurmaları, gərginliyi aradan qaldırmaq, real sülhü təmin etməkdir:

“Düzdür, hələ ki, yeni yaradılan təşkilatın tezisləri və məramı elan olunub, amma inanmaq istəyərdik ki, bu, doğrudan da reallığa çevriləcək.

1945-ci ildə yaradılan BMT sülhün qorunması istiqamətində böyük işlər görüb. Amma son dövrdə onun fəaliyyətindən narazılıqlar çoxdur və yeni bir təşkilatın meydana gəlməsi bu gözləntiləri həyata keçirmək baxımından müəyyən ümidlər yaradır.

Azərbaycan öz ərazi bütövlüyü məsələsini həll etməklə Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün yeni şərait yaradıb. Keçmiş işğalçı olmasına baxmayaraq, Ermənistanla normal qonşuluq münasibətləri qurmaq üçün öz qonşuluq əlini uzadıb və sülh müqaviləsinin mətni hazırdır, paraflanıb. Ermənistan Konstitusiyaya dəyişiklik etdikdən sonra həmin sənəd mütləq imzalanacaq.

Hətta cənab Prezidentimiz İlham Əliyev Konstitusiyaya dəyişiklik edilən kimi sazişi imzalamağa hazır olduğunu bəyan edib. Azərbaycan Prezidentinin Sülh Şurasının tədbirinə dəvət olunması ölkəmizin beynəlxalq birlikdəki nüfuzuna verilən qiymətdir.

Azərbaycan sülh tərəfdarıdır və bundan sonra da sülhə aparan bütün təşəbbüsləri dəstəkləyəcək”.

Əlaqəli Xəbərlər