Menyu

Prezidentin xarici siyasəti: Regiondan qlobal müstəviyə yüksəliş - ŞƏRH

Operativ Media
Prezidentin xarici siyasəti: Regiondan qlobal müstəviyə yüksəliş - ŞƏRH

“Prezidentin Vaşinqtonda Sülh Şurasında iştirakı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Bu gün cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan öz uğurlarını davamlı şəkildə artırır”.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib. 

O bildirib ki, Azərbaycan artıq müharibə yaşayan, torpaqları işğal altında olan bir dövlətdən regionda və dünyada sülh təşəbbüsləri ilə çıxış edən, sülh prosesinə töhfə verməyə çalışan bir ölkəyə çevrilib:

“Bu transformasiya birbaşa dövlət başçısının həyata keçirdiyi strateji və ardıcıl siyasətin nəticəsidir. Azərbaycanın nailiyyətləri getdikcə möhkəmlənir və yeni mərhələyə keçir.

Bir neçə dəfə Donald Tramp Prezident İlham Əliyev haqqında müsbət və yüksək fikirlər səsləndirib, Azərbaycanın apardığı siyasəti dəyərləndirib. Bu, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir.

Bu gün Azərbaycan öz uğurlarını daha da möhkəmləndirir. Eyni zamanda bu proses United States–Azərbaycan münasibətlərinin inkişafı deməkdir. Bu, həm də bölgəmizə sülhün gəlməsi istiqamətində mühüm addım hesab olunur.

Azərbaycan–ABŞ münasibətlərində yeni bir səhifə açılır və bu mərhələnin formalaşmasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət mühüm rol oynayır”.

Əlaqəli Xəbərlər