Ağ Ev Sülh Şurasının birinci iclasında İlham Əliyevlə Paşinyanın əl sıxışdığı fotonu paylaşıb
Operativ Media
“Sülhdən daha vacib heç nə yoxdur.”
Operativ Media xəbər verir ki, bu sözlər, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ağ Ev sosial şəbəkələrindəki səhifəsində ötən gün Vaşinqtonda keçirilən Sülh Şurasının birinci iclası ilə bağlı paylaşımında yer alıb.
"Sülhdən daha vacib heç nə yoxdur. Bugünkü görüş sübut edir ki, qətiyyətli rəhbərliklə qeyri-mümkün heç nə yoxdur. Mən vəzifəyə başlayanda Qəzzada şiddətli müharibə gedirdi..... Qəzzada müharibə bitib", - Ağ Ev ABŞ Prezidenti Donald Trampın sözlərindən sitat gətirib.
Qeyd edək ki, paylaşımda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın əl sıxışdığı foto da yer alıb.