Menyu

Tramp Ali Məhkəmənin qərarını "biabırçı" adlandırıb

Operativ Media
Tramp Ali Məhkəmənin qərarını "biabırçı" adlandırıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Ali Məhkəməsinin xarici dövlətlərdən gələn mallara tətbiq edilən rüsumlarla bağlı qərarını "biabırçı" adlandırıb.

Operativ Media xəbər verir ki, bu barədə"NBC News" məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti hər iki partiyanı təmsil edən bir qrup qubernatorla görüşüb və bu gün iştirakçılara onun ehtiyat planının olduğunu bildirib.

Daha əvvəl ABŞ Ali Məhkəməsi Trampın 2025-ci ildə xarici dövlətlərin mallarına rüsumların tətbiqi barədə qərarını qanunsuz hesab edib.

Bu fikri altı hakim səsləndirib, üç hakim isə əks mövqedə olub.

Ağ Ev hələlik bu qərarı rəsmi şərh etməyib.

Əlaqəli Xəbərlər