Menyu

Macarıstanda parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb

Operativ Media
Macarıstanda parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb

Macarıstanda yeni hökumətin formalaşacağı parlament seçkiləri ərəfəsində seçki kampaniyası rəsmi olaraq başlayıb.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, əsas siyasi mübarizə Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Fidesz – Macarıstan Vətəndaş Birliyi partiyası ilə Avropa Parlamentinin üzvü Peter Magyarın sədrlik etdiyi Tisza Partiyası arasında gedəcək.

Macarıstan qanunvericiliyinə əsasən, seçki kampaniyasının rəsmi başlanğıcı seçki günündən 50 gün əvvəl elan olunur. Ölkə Prezidenti Tamaş Şujok parlament seçkilərini 12 aprel tarixinə təyin etdiyindən, kampaniya fevralın 21-dən start götürür.

Bu gündən etibarən seçki fondlarından, o cümlədən dövlət tərəfindən parlament partiyalarına ayrılan vəsaitlərdən istifadə, radio və televiziya da daxil olmaqla mediada siyasi reklamların yerləşdirilməsi, eləcə də namizədlərin irəli sürülməsi üçün imza toplanması qanuni qüvvəyə minib.

Əlaqəli Xəbərlər