Menyu

Qırğızıstanda prezidentə hesabat verən İstintaq Komitəsi yaradılacaq

Operativ Media
Qırğızıstanda prezidentə hesabat verən İstintaq Komitəsi yaradılacaq

Qırğızıstanda tezliklə İstintaq Komitəsi yaradılacaq. 

Operativ Media xəbər verir ki, bu barədə ölkə prezidenti Sadır Japarov Bişkekdə "Kabar" dövlət xəbər agentliyinə verdiyi müsahibədə bildirib .

"Bütün istintaqlar ona (red: İstintaq Komitəsinə) veriləcək", - deyə o bildirib. 

Baş Prokurorluq, eləcə də Hərbi Prokurorluq ölkədə qanunlara riayət olunmasına nəzarəti davam etdirəcək.

Sadır Japarovun sözlərinə görə, yeni struktur birbaşa dövlət başçısına hesabat verəcək.

O, hesab edir ki, Qırğızıstanda İstintaq Komitəsinin yaradılması respublikada insan hüquqlarının daha effektiv şəkildə təmin edilməsinə imkan verəcək

Əlaqəli Xəbərlər