Menyu

Uitkoff: Onlar bir-biri ilə döyüşmək istəmirlər

Operativ Media
Uitkoff: Onlar bir-biri ilə döyüşmək istəmirlər

ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff hesab edir ki, nə Ukrayna, nə də Rusiya bir-biri ilə müharibə aparmaq istəmir. Bununla belə, sülh sazişinin imzalanması prosesi hələlik uzanır.

Operativ Media xəbər verir ki, bu barədə o, Fox News telekanalına müsahibəsində bildirib.

“Görünür, onlar bir-biri ilə döyüşmək istəmirlər və mən düşünmürəm ki, bunu istəyirlər”, – deyə Uitkoff bildirib.

O, əlavə edib ki, hər iki ölkənin rəhbərliyi səviyyəsində razılaşmanın yekunlaşdırılması çətinlik yaradır. Bu isə hərbi əməliyyatların tezliklə dayandırılması perspektivlərini mürəkkəbləşdirir.

“Düşünürəm ki, rəhbərlik səviyyəsində onlar üçün sazişi yekunlaşdırmaq çətindir”, – deyə Uitkoff vurğulayıb.

Əlaqəli Xəbərlər