Kreml Avropanın Ukrayna danışıqlarında iştirakını mənasız hesab edir
Operativ Media
Rusiya Avropanın Ukrayna ilə bağlı sülh danışıqlarında iştirakının mənasını görmür.
Operativ Mediaxəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Cenevrədəki danışıqların işgüzar, lakin mürəkkəb proses olduğunu söyləyib: "Avropalılar əhval-ruhiyyələrini nəzərə alaraq kömək edə bilmirlər. Avropa diplomatiyasının rəhbərini parlaq açıqlamalarına fikir verin. Belə mövqedə necə kömək edə bilərlər? Demək olar ki, heç nə.”
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin nümayəndələrinin Cenevrədə Ukrayna üzrə danışıqlarda soyunub-geyinmə otağında bir yerdə oturub kofe içdiklərini, bir-biri ilə söhbət etdiklərini bildirib.