Menyu

İlham Əliyev Bruney Sultanını təbrik edib

Operativ Media
İlham Əliyev Bruney Sultanını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahanı ölkənin milli bayramı münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, təbrikdə deyilir:

"Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş Azərbaycan-Bruney münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizi və dost xalqınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Bruney-Darüssalama daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər