Menyu

Hindistan vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

Operativ Media
Hindistan vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

Hindistanın İrandakı səfirliyi öz vətəndaşlarına müraciət edərək, mövcud olan bütün vasitələrlə İslam Respublikasını dərhal tərk etməyə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə xəbərdarlıq Hindistan diplomatik nümayəndəliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Xəbərdarlıq bütün vətəndaş kateqoriyalarına - tələbələrə, zəvvarlara, sahibkarlara və turistlərə şamil edilir.

Diplomatik nümayəndəlik, həmçinin vətəndaşlarından xüsusilə ehtiyatlı olmağı, etiraz aksiyaları və nümayişlərin keçirildiyi ərazilərdən uzaq durmağı tövsiyə edib.

Məlumata görə, bu təcili xəbərdarlıq böyük ehtimalla Tehran və Vaşinqton arasındakı gərginliyin kritik həddə çatması ilə əlaqədardır.

Əlaqəli Xəbərlər