Menyu

Uitkoff və Kuşner Cenevrəyə yollanacaqlar

Operativ Media
 Uitkoff və Kuşner Cenevrəyə yollanacaqlar

ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Prezidentin kürəkəni Cared Kuşner Cenevrəyə yollanmağı planlaşdırırlar.

Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilir ki, Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni cümə axşamı İranla danışıqların növbəti raundunda iştirak edəcəklər.

ABŞ və İran diplomatları son həftələr nüvə sazişi üzrə razılığa gəlməyə çalışırlar.

Bununla yanaşı, agentlik qeyd edib ki, ABŞ Yaxın Şərqdə iki aviadaşıyıcı, qırıcılar və yanacaqdolduran təyyarələr də daxil olmaqla, əhəmiyyətli qüvvə topladığı üçün İrana zərbələr endirilməsi ehtimalı qalmaqdadır.

Əlaqəli Xəbərlər