Menyu

İlk dəfə KTM-də "Yamane" üsulu ilə oftalmoloji əməliyyat keçirilib

Operativ Media
İlk dəfə KTM-də "Yamane" üsulu ilə oftalmoloji əməliyyat keçirilib

23.01.2026-cı il tarixində 1936-cı il təvəllüdlü şəxs (kişi) sağ gözdə görmənin itməsi şikayəti ilə Kliniki Tibbi Mərkəzin Oftalmologiya şöbəsinə müraciət edib.

Operativ Media-ya bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Aparılan göz müayinələrindən sonra xəstəyə sağ gözdə intraokulyar linzanın dislokasiyası (katarakta əməliyyatından sonra gözün içinə yerləşdirilmiş süni linzanın normal anatomik mövqeyindən yerini dəyişməsidir) diaqnozu təyin edilib.

Oftalmologiya şöbəsinin uzman oftalmoloq cərrahı Gülnar Sultanova sağ gözdə köhnə intraokulyar linzanın eksplantasiyası və “Yamane” üsulu ilə skleral fiksasiyalı arxa kamera intraokulyar linzanın implantasiyası əməliyyatını uğurla icra edib.

Xəstə əməliyyat sonrası şöbəyə yerləşdirilib.

Aparılan nəzarət müayinələri zamanı sağ gözdə görmə funksiyasının bərpa olunduğu qeydə alınıb və pasiyent ambulator müalicə üçün evə buraxılıb.

Əlaqəli Xəbərlər