Avropa Şurasının keçmiş Baş katibi intihara cəhd edib
Operativ Media
Torbyorn Yaqland intihara cəhd edib.
Operativ Media xəbər verir ki, bu barədə “Faytuks Network” məlumat yayıb.
Məlumata görə, o, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Yaqland Epşteynin Nyu York və Floridada olan mülkündə qalması, özünün və ailəsinin xərclərinin sonuncu tərəfindən ödənilməsi və özəl adasına baş çəkməsi ilə bağlı açıqlamalar nəticəsində "böyük korrupsiya" ittihamı ilə üzləşib.
Xatırladaq ki, Torbyorn Yaqland 1996-1997-ci illərdə Norveçin Baş naziri, 2009-2019-cu illərdə isə Avropa Şurasının Baş katibi olub.