Menyu

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Operativ Media
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Kanada hökuməti Rusiya ilə əlaqəli 21 fiziki şəxsə və 53 təşkilata qarşı sanksiya tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand hökumət iclasından əvvəl bildirib.

Sanksiyalar həmçinin Rusiyanın kölgə donanmasına aid olan 100 gəmiyə qarşı da tətbiq edilib.

Kanada hökuməti qeyd edib ki, yeni tədbirlər Rusiyanın enerji daşıyıcılarından əldə etdiyi gəlirləri məhdudlaşdıraraq, onun üçün iqtisadi xərcləri daha da artırır.

"Bu gün mən ruslara və təşkilatlarına qarşı artıq tətbiq edilmiş 4 mindən çox məhdudiyyətə əlavə olaraq yeni sanksiyalar elan edirəm. Söhbət əsasən enerji sektoruna yönəlmiş 51 yeni məhdudiyyətdən gedir", - Anand jurnalistlərə deyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər