ABŞ səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Operativ Media
ABŞ-nin Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.
Operativ Media xəbər verir ki, səfirlik bu barədə rəsmi sosial media hesablarında yazıb.
"Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq. ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq", - paylaşımda qeyd olunub.