Menyu

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndiriləcək

Operativ Media
Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndiriləcək

Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub.

Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstan – Azərbaycan – Türkiyə Biznes Forumu çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolat ilə görüşündə müzakirə olunub.

"Dost ölkə ilə iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin və investisiyaların davamlı olaraq artırılması, biznes əlaqələrinin təşviqi üzrə hüquqi bazanın təkmilləşdirilməsi, enerji, sənaye istehsalı, nəqliyyat, logistika, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında fikir mübadiləsi apardıq," - deyə nazir əlavə edib.

Əlaqəli Xəbərlər