Menyu

XİN rəhbəri: Gürcüstan Vensin Ermənistan və Azərbaycana səfərini yüksək qiymətləndirir

Operativ Media
XİN rəhbəri: Gürcüstan Vensin Ermənistan və Azərbaycana səfərini yüksək qiymətləndirir

Gürcüstan ABŞ-nin vitse-prezidenti J.D. Vensin Ermənistan və Azərbaycana səfərini yüksək qiymətləndirir.

Operativ Media xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

O, əlavə edib ki, bu səfər ABŞ prezidenti Donald Trampın Cənubi Qafqazda sülhün bərqərar olmasına böyük əhəmiyyət verdiyini nümayiş etdirir.

Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının açılması halında Gürcüstanın regional proseslərdən kənarda qala biləcəyi iddialarına münasibət bildirən Boçorişvili qeyd edib ki, Gürcüstanın rolunu qiymətləndirmək olmaz:

"Heç kim alternativ marşrutların mövcudluğunu istisna etmir və bunda heç bir problem yoxdur".

Əlaqəli Xəbərlər