Menyu

Xocavənd, Abşeron, Hacıqabul, Oğuz və Şəki rayonlarında səyyar tibbi müayinələr təşkil edilib

Operativ Media
Xocavənd, Abşeron, Hacıqabul, Oğuz və Şəki rayonlarında səyyar tibbi müayinələr təşkil edilib

TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.

Operativ Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Xocavənd Rayon Mərkəzi Xəstəxanasının həkim heyətinin iştirakı ilə rayonun işğaldan azad olunan Qırmızıbazar qəsəbəsində, Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim heyətinin iştirakı ilə rayonun Qobu kəndində, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Ələtli kəndində, Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Böyük Söyüdlü, Çaldaş və Qarabulaq kəndlərində, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Aşağı Göynük, Baş Göynük, Kiçik Dəhnə kəndlərində, eləcə də Turan qəsəbəsində sakinlərin səyyar tibbi müayinələri təşkil edilib.

Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (həkim-terapevt, həkim-pediatr, həkim-mama-ginekoloq, şüa-diaqnostikası üzrə həkim və s.) tərəfindən icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ümumilikdə 548 nəfərə (uşaqlar da daxil olmaqla) 900-dən çox tibbi xidmət göstərilib.

Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.

Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.

Əlaqəli Xəbərlər