Menyu

Mirziyoyev Ərdoğanı ad günü münasibətilə təbrik edib

Operativ Media
Mirziyoyev Ərdoğanı ad günü münasibətilə təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev fevralın 26-da keçirilən telefon danışığı zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan doğum günü münasibətilə səmimi qəlbdən təbrik edib.

Operativ Media xəbər verir ki, dövlət başçısı Türkiyə liderinə möhkəm cansağlığı və rifah, dövlətçilik fəaliyyətində böyük uğurlar, qardaş türk xalqına isə sülh, sabitlik və tərəqqi arzulayıb.

Prezidentlər, həmçinin bütün müsəlman aləmi üçün müqəddəs olan Ramazan ayı münasibətilə bir-birilərini ürəkdən təbrik ediblər.

Telefon danışığı zamanı Özbəkistan–Türkiyə genişmiqyaslı strateji tərəfdaşlıq münasibətlərinin cari ilin yanvar ayında Ankara şəhərində əldə edilmiş ali səviyyəli razılaşmaların icrası çərçivəsində daha da möhkəmləndirilməsi məsələləri nəzərdən keçirilib.

Dövlətlərarası əməkdaşlıqda yüksək səviyyəyə nail olunduğu məmnunluqla vurğulanıb. Yaxın zamanda keçirilmiş Strateji Əməkdaşlıq Şurasının iclasının nəticələrinin ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyi qeyd edilib.

Hazırlanmış “yol xəritələri” əsasında kooperasiya layihələrinin irəli aparılmasına xüsusi diqqət yetirilib.

Liderlər beynəlxalq və regional əhəmiyyət kəsb edən aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıb, qarşıdakı tədbirlərin planını müzakirə ediblər.

Əlaqəli Xəbərlər