Menyu

XRİTDX rəsmisi: Dövlət informasiya məlumatlarının qorunması əsas prioritetlərdəndir

Şəfa Hüseynli
XRİTDX rəsmisi: Dövlət informasiya məlumatlarının qorunması əsas prioritetlərdəndir

Dövlət informasiya ehtiyatlarının qorunması, bu resurslarla bağlı risklərin vaxtında müəyyən edilməsi və sistemli şəkildə idarə olunması qarşımızda duran əsas vəzifələrdəndir.

Operativ Media xəbər verir ki, bunu “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” tədbirində XRİTDX-nin rəis müavini general-mayor Allahverən İsmayılov bildirib:

"Eyni zamanda, qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal arxitekturanın rəsmiləşdirilməsi və dövlət informasiya sistemlərinin idarə olunması ilə bağlı müvafiq nəticələr əldə edilmişdir. 

Bu sahədə vahid yanaşmanın tətbiqi, sistemlərarası inteqrasiyanın gücləndirilməsi, kibertəhlükələrə diqqətin artırılması, risklərin azaldılması əsasında idarə olunması və dayanıqlı mühitin yaradılması ilə bağlı mühüm məsələlərə toxunulmuşdur".

Əlaqəli Xəbərlər