Qazaxıstan və Serbiya Prezidentləri danışıqlar aparıb
Operativ Media
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Serbiya Prezidenti Aleksandr Vuçiç Astanada məhdud tərkibdə danışıqlar aparıblar.
Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Görüş zamanı Qazaxıstan və Serbiya arasında iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlıq, ticarət əlaqələrinin inkişafı, birbaşa aviareysin açılması, Serbiya şirkətlərinin Qazaxıstandakı fəaliyyəti, beynəlxalq məsələlərdə oxşar yanaşmalar və süni intellekt, informasiya texnologiyaları və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.