Menyu

Bill Klinton Konqresdə Epşteynlə bağlı ifadə verib

Əsəd Abbaslı
Bill Klinton Konqresdə Epşteynlə bağlı ifadə verib

ABŞ-nin sabiq prezidenti Bill Klinton Konqresin Nəzarət Komitəsində Ceffri Epşteynlə əlaqəsi barədə ifadə verib.

Operativ Media xəbər verir ki, qapalı dindirilmə Nyu-York ştatının Çappaqua şəhərində baş tutub.

Sabiq prezident bildirib ki, Epşteynlə uçduğu və görüşdüyü zaman “heç nə görməyib və qanunsuz heç nə etməyib."

Bill Klinton həmçinin Epşteynin köməkçisi Ghislaine Maxwell ilə əlaqələri və keçmişdəki görüşləri barədə komitənin suallarını cavablandırıb.

O, ifadəsində qeyd edib ki, həmin dövrdə Epşteynin cinayət fəaliyyəti barədə heç bir məlumatı olmayıb.

Əvvəlki gün isə Hillari Klinton ifadə verərək Epşteynin azyaşlılara qarşı cinsi sui-istifadəsi barədə məlumatının olmadığını bildirib.

Bill Klinton Konqres qarşısında ifadə verən ilk sabiq prezident kimi tarixə düşüb.

Qeyd olunur ki, Epşteyn 2019-cu ildə uşaq cinsi istismarı ittihamı ilə həbs olunub və həbsxanada intihar edib.

Sabiq prezidentin Epşteynlə əlaqəsi ilə bağlı yayılan sənədlərdə, həmçinin Epşteynin Ağ Evə dəfələrlə səfər etdiyi və Klintonun onun özəl təyyarəsində uçduğu qeyd olunub.

Əlaqəli Xəbərlər