Menyu

Zelenski ABŞ-nin İran rəhbərliyinə qarşı mümkün hərbi əməliyyatını dəstəkləyib

Operativ Media
Zelenski ABŞ-nin İran rəhbərliyinə qarşı mümkün hərbi əməliyyatını dəstəkləyib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin İran rəhbərliyinə qarşı mümkün hərbi əməliyyatını dəstəkləyib.

Operativ Media xəbər verir ki, o, bunu "Sky News"a müsahibəsində bildirib.

“Düşünürəm ki, İranda insanlar açıq şəkildə digər ölkələrə hücum etmək istəyən rejimi dəyişdirmək üçün kömək axtarırlar. Mən xalqa qarşı deyil, rejimə qarşı yönəlmiş əməliyyatı dəstəkləyərdim”, - deyə Zelenski bildirib.

Ukrayna lideri ABŞ ilə İran arasındakı gərginlikdənsə, diplomatik həllə üstünlük verəcəyini qeyd etsə də, Tehranın danışıqlara hazır olduğuna şübhə ilə yanaşdığını bildirib.

Əlaqəli Xəbərlər