Menyu

Papa XIV Leo tərəfləri yaranmış vəziyyətə son qoymağa çağırıb

Operativ Media
Papa XIV Leo tərəfləri yaranmış vəziyyətə son qoymağa çağırıb

Roma Papası XIV Leo ABŞ və İsrailin İrana birgə hücumundan sonrakı hadisələri dərin narahatlıqla izlədiyini bildirib və tərəfləri yaranmış vəziyyətə son qoymağa çağırıb.

Operativ Media xəbər verir ki, pontifik bu barədə bazar günü duasından sonra Müqəddəs Pyotr meydanına toplaşan zəvvarlara həftəlik ənənəvi müraciəti zamanı danışıb.

Münaqişə tərəflərinə səslənən Papa vəziyyətin nəzarətdən çıxma təhlükəsi barədə xəbərdarlıq edib və onları sülhə səsləyib:

"Mən tərəflərə səmimi qəlbdən müraciət edərək, şiddət spiralının bərpası mümkün olmayan bir uçuruma çevrilməsindən əvvəl onu dayandırmaq üçün mənəvi məsuliyyəti öz üzərlərinə götürməyə çağırıram".

O, həmçinin regionda sülhün yalnız diplomatik danışıqlar yolu ilə əldə oluna biləcəyini xüsusi vurğulayıb:

"Sabitlik və sülh qarşılıqlı təhdidlər və ya silahlarla deyil...yalnız məntiqli, səmimi və məsuliyyətli dialoq vasitəsilə qurulur."

Əlaqəli Xəbərlər