Menyu

Tokayev BƏƏ prezidentinə dəstəyini ifadə edib

Operativ Media
Tokayev BƏƏ prezidentinə dəstəyini ifadə edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, söhbət zamanı dövlət başçısı Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edərək, BƏƏ rəhbərinə və bu ölkənin xalqına səmimi hörmət, dəstək və həmrəylik sözlərini çatdırıb.

Tokayev BƏƏ-yə qarşı həyata keçirilən hərbi hücum nəticəsində mülki infrastrukturun zərər gördüyünü təəssüflə qeyd edib.

Qazaxıstan Prezidenti bildirib ki, ölkəsi BƏƏ-ni dost və qardaş dövlət hesab edir və zərurət yaranacağı təqdirdə mümkün dəstək göstərməyə hazırdır.

O, həmçinin BƏƏ-nin mülki obyektlərinə, eləcə də Körfəz regionunun digər ölkələrinə qarşı hücumların kəskin şəkildə pislənilməli olduğunu vurğulayıb.

Öz növbəsində Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Qazaxıstanın dəstəyini yüksək qiymətləndirib və beynəlxalq böhranın aradan qaldırılmasında göstərilən hazırkı mövqeyə görə təşəkkürünü bildirib.

Danışıq zamanı tərəflər Qazaxıstan–BƏƏ münasibətlərinin dostluq və strateji tərəfdaşlıq ruhunda daha da möhkəmləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər

Liderlər müqəddəs Ramazan ayında hər iki qardaş xalqa sülh, əmin-amanlıq və firavanlıq arzulayıblar.

Əlaqəli Xəbərlər