Menyu

Ərdoğan: İranın dini liderinin vəfatından kədərləndik

Operativ Media
Ərdoğan: İranın dini liderinin vəfatından kədərləndik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın dini lideri Ayətullah Əli Xamaneinin dünən baş verən hücum nəticəsində vəfat etməsindən dərin kədərini ifadə edib.

Operativ Media xəbər verir ki, bu barədə o, sosial media hesabında açıqlama yayıb.

Prezident Xamaneinə Allahdan rəhmət, İran xalqına başsağlığı diləyib.

O həmçinin vurğulayıb ki, Türkiyə olaraq İran xalqı və bölgədəki bütün dost və qardaş ölkələrin sülh və sabitliyə qovuşması, regiondakı münaqişə mühitinin sona çatması və diplomatiyaya dönüş üçün səylərini qətiyyətlə davam etdirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər