Menyu

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb ? - YENİLƏNİB

Operativ Media
Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb ? - YENİLƏNİB

Hazırda hər hansı konkret təhdid barədə informasiya daxil olmasa da, Orta Şərqdəki gərgin vəziyyət fonunda ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız konsulluq şöbəsi 2 və 3 mart tarixlərində müvəqqəti olaraq bağlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Yaponiya səfirliyi məlumat yayıb.

Səfirlik bu gün yaydığı məlumata düzəliş edib.

Belə ki, Səfirliyin Konsulluq şöbəsinin qeyri-müəyyən müddətə bağlanılması qeyd edilib.

"Lakin düzgün məlumat ondan ibarətdir ki, bağlanma yalnız bu gün və sabah (2 mart və 3 mart) tarixlərini əhatə edən müvəqqəti bağlanmadır", - açıqlamada deyilir.

12:50

Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.

Operativ Media-nın məlumatına görə, bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

"Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik", - səfirliyin açıqlamasında bildirilib.

Əlaqəli Xəbərlər