Pərviz Şahbazov "Total Energies"in baş vitse-prezidenti ilə "Abşeron" yatağını müzakirə edib
Operativ Media
Azərbaycan və Fransanın "Total Energies" şirkəti "Abşeron" qaz kondensat yatağının tammiqyaslı işlənməsi, əməliyyatların karbon izinin azaldılmasını müzakirə edib.
Operativ Media xəbər verir ki, bunu nazir Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr P.Şahbazov ilə "Total Energies" şirkətinin baş vitse-prezidenti Martina Oppizi arasındakı görüşdə aparılıb.
"Şəbəkənin gücləndirilməsinin növbəti mərhələsi çərçivəsində 35 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik", - nazir vurğulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma