Menyu

Tramp: İrana qarşı əməliyyatın müddəti uzadıla bilər

Operativ Media
Tramp: İrana qarşı əməliyyatın müddəti uzadıla bilər

ABŞ Prezidenti Donald Trump İrana qarşı hərbi əməliyyatın ilkin olaraq dörd-beş həftə davam edəcəyinin planlaşdırıldığını, lakin zərurət yaranarsa, müddətin uzadıla biləcəyini bildirib.

Operativ Media xəbər verir ki, dövlət başçısı bu barədə Ağ Evdə dövlət mükafatlarının təqdimat mərasimində çıxışı zamanı danışıb.

“Biz artıq proqnozlarımızı xeyli üstələmişik. Əvvəldən dörd-beş həftəlik müddət nəzərdə tutmuşduq. Lakin lazım gələrsə, bundan xeyli uzun müddət davam etdirmək potensialımız var”, – deyə Tramp qeyd edib.

Əlaqəli Xəbərlər