Menyu

Ərdoğan: İran xalqının dərdinə şərikik

Operativ Media
Ərdoğan: İran xalqının dərdinə şərikik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana hücumu nəticəsində yaranan münaqişənin dayandırılması üçün səylər göstərdiklərini bildirib.

Operativ Media xəbər verir ki, Ərdoğan bu açıqlamanı hakim partiya üzvləri ilə iftar proqramında çıxışı zamanı verib.

Prezident vurğulayıb: “İran xalqının dərdinə şərikik. Savaşı dayandırmaq üçün diplomatik təmasları davam etdiririk”. O, İrana qarşı hücumların beynəlxalq hüququn pozulması olduğunu da qeyd edib.

Ərdoğan əlavə edib ki, hücumlar zamanı İranın dini lideri Əli Xamenei, mülki və hərbi şəxslər, həmçinin günahsız uşaqlar həyatını itirib və İran xalqına başsağlığı verib.

Türkiyə Prezidenti çıxışında İranın Fars körfəzi ölkələrinə hücumuna da münasibət bildirərək atəşkəsin əldə olunmasının vacibliyini vurğulayıb.

Əlaqəli Xəbərlər