Menyu

Qazaxıstan XİN Azərbaycana təşəkkür edib

Operativ Media
Qazaxıstan XİN Azərbaycana təşəkkür edib

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici siyasət idarələrinin rəhbərləri ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, tərəflər Yaxın Şərqdə mövcud hərbi-siyasi vəziyyəti müzakirə edib və böhran şəraitində fəaliyyətlərin sıx koordinasiyasının zəruriliyini vurğulayıblar.

Qazaxıstan XİN başçısı qazaxıstanlıların İrandan təxliyəsi ilə bağlı məsələlərdə göstərdiyi konstruktiv əməkdaşlığa və yardıma görə Azərbaycana minnətdarlığını bildirib.

Həmçinin qeyd olunub ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Qazaxıstan XİN və ölkənin xaricdəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejiminə keçib.

XİN-in məlumatına görə, hazırkı ana qədər xəsarət alan Qazaxıstan vətəndaşları barədə məlumat daxil olmayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər