Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda işgüzar səfərdədir.
Operativ Media xəbər verir ki, Tbilisi Beynəlxalq Hava Limanında Ermənistan Baş nazirini Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.
Paşinyanın aparatından bildirilib ki, o, martın 4-də Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci sessiyasında iştirak edəcək.
Həmçinin Ermənistan və Gürcüstan Baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidzenin görüşü planlaşdırılır.