Menyu

Azərbaycanın Avstriya ilə qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi müzakirə olunub

Operativ Media
Azərbaycanın Avstriya ilə qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi müzakirə olunub

Avstriya ilə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi, sənaye əməkdaşlığı və s. məsələlər müzakirə olunub.

Operativ Media xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Avstriyanın İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin Baş katibi Severin Qruber ilə görüşündə baş tutub.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli iqtisadi əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. Tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin reallaşdırlması imkanlarını nəzərdən keçiriblər. İşğaldan azad edilmiş ərazilərdə Avstriya şirkətləri ilə əməkdaşlıq, sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən bərpa olunan enerji və humanitar sahələrdə tərəfdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, mövcud potensialdan daha səmərəli istifadə və işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqi iqtisadi münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verə bilər.


Əlaqəli Xəbərlər