Rəşad Nəbiyev Böyük Britaniyanın ixrac maliyyələşdirilməsi agentliyinin rəhbəri ilə görüşüb
Operativ Media
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın İxrac Maliyyələşdirilməsi üzrə dövlət agentliyinin baş icraçı direktoru Tim Reid ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Bildirilib ki, görüşdə Azərbaycanda nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində həyata keçirilən transformasiya prosesi barədə qarşı tərəfə ətraflı məlumat təqdim olunub.
Eyni zamanda, qeyd olunan istiqamətlər üzrə Birləşmiş Krallıq ilə strateji tərəfdaşlıq imkanları müzakirə edilib.