Menyu

Rəşad Nəbiyev “Nscale” rəhbərliyi ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Operativ Media
Rəşad Nəbiyev “Nscale” rəhbərliyi ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Böyük Britaniyaya səfəri çərçivəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev süni intellekt infrastrukturu və xidmətləri sahəsində fəaliyyət göstərən qlobal şirkət “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti Filip Sachs və icraçı direktoru Fabio Fregi ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Bildirilib ki, görüşdə Azərbaycanın süni intellekt və rəqəmsal infrastruktur sahəsində regional mərkəzə çevrilməsi məqsədilə milli strategiya həyata keçirdiyi və bu vizyonun dəstəklənməsi üçün dünya səviyyəli texnologiya tərəfdaşları ilə əməkdaşlıq etdiyi vurğulanıb.

Eyni zamanda, “Nscale”in data mərkəzləri və süni intellekt xidmətləri sahəsindəki təcrübəsi nəzərə alınaraq, Azərbaycanla birgə investisiya layihələri, texnoloji əməkdaşlıq və kadr hazırlığı istiqamətində mümkün tərəfdaşlıq imkanları müzakirə edilib.

Əlaqəli Xəbərlər