Menyu

Zelenski Küveyt şahzadəsi ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Operativ Media
Zelenski Küveyt şahzadəsi ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Volodimir Zelenski Şeyx Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabah ilə Yaxın Şərq və Körfəz regionunda təhlükəsizlik çağırışlarını müzakirə edib.

Operativ Media xəbər verir ki, o, bu barədə telegram kanalında məlumat paylaşıb.

Ukrayna Prezidenti bildirib ki, Kuveyt şahzadəsi İran rejimi tərəfindən Küveytə edilən cinayətkar hücumlar, yüzlərlə dron və ballistik raketlər barədə ətraflı məlumat verib.

Zelenski qeyd edib ki, bu terror alətləri İrana Rusiyaya ötürülərək Ukrayna xalqına qarşı istifadə olunub və Ukrayna xalqı bunun qarşısını necə almağı yaxşı bilir.

Görüş zamanı müzakirə olunub ki, Ukraynanın bu təcrübəsi Küveytdə insanların həyatının qorunmasında faydalı ola bilər və tərəflər müvafiq konsultasiyaların keçirilməsi barədə razılığa gəliblər.

Zelenski həmçinin Küveyt şahzadəsinə dəstək sözlərinə görə təşəkkürünü bildirib.

Əlaqəli Xəbərlər