Menyu

İordaniya İranın Azərbaycana dron hücumunu pisləyib

Operativ Media
İordaniya İranın Azərbaycana dron hücumunu pisləyib

İordaniya Haşimilər Krallığı İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana zərbə endirməsini, həmçinin Türkiyəyə PUA ilə hücum etmək cəhdini pisləyib.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda İordaniyanın bu hücumları qətiyyətlə rədd etdiyi və pislədiyi vurğulanıb. Qeyd olunub ki, sözügedən hərəkətlər hər iki dövlətin suverenliyinin kobud şəkildə pozulmasıdır:

"Bu hücumlar regionun təhlükəsizliyini və sabitliyini təhdid edən təhlükəli eskalasiyadır".

Nazirlik İordaniyanın qardaş Azərbaycan və Türkiyə ilə tam həmrəy olduğunu bəyan edib. Qeyd edilib ki, Krallıq hər iki ölkənin öz suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının salamatlığını qorumaq üçün atdığı bütün addımları dəstəkləyir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər