Tokayev İranın Naxçıvana hücumunu pisləyib
Operativ Media
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İranın Naxçıvana hücumunu pisləyib.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi məlumat verib.
"İranın PUA ilə Naxçıvan şəhərindəki hava limanına hücumu ilə əlaqədar Prezident Kasım-Jomart Tokayev mövqeyini açıqlayıb. Qardaş və müttəfiq Azərbaycana qarşı törədilən bu aktı qətiyyətlə pisləyir", - məlumatda bildirilib.
Qeyd olunub ki, Tokayev eyni zamanda hadisənin İranla birgə hərtərəfli araşdırılacağına, həmçinin regionda gərginliyin artmasının qarşısını almaq üçün münaqişəli vəziyyətin diplomatik vasitələrlə tənzimlənməsinə ümid etdiyini bildirib.