Menyu

Fransa Naxçıvana edilən PUA hücumunu kəskin pisləyib

Operativ Media
Fransa Naxçıvana edilən PUA hücumunu kəskin pisləyib

Fransa bu gün səhər saatlarında İran tərəfindən Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanına edilən PUA hücumunu qətiyyətlə pisləyib.

Operativ Media xəbər verir ki, bu barədə rəsmi Parisin yaydığı bəyanatda bildirilib.

Fransa tərəfi bu hücumu Azərbaycanın suverenliyinin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirib:

"Fransa bu əsassız hücum qarşısında Azərbaycan ilə tam həmrəy olduğunu ifadə edir. Bu addım Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn aşkar şəkildə pozulmasıdır".

Bəyanatda həmçinin hücum zamanı xəsarət alan şəxslərə toxunulub.

Rəsmi Paris hadisə nəticəsində yaralanan dörd nəfərin tezliklə sağalmasını arzulayıb.

Əlaqəli Xəbərlər