Menyu

İƏT İranın Naxçıvana dron hücumunu qətiyyətlə pisləyib

Operativ Media
İƏT İranın Naxçıvana dron hücumunu qətiyyətlə pisləyib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan Respublikasının ərazisinin İran dronları tərəfindən hədəfə alınmasını qətiyyətlə pisləyib.

Operativ Media xəbər verir ki, Ciddə şəhərində 5 mart 2026-cı il tarixində yayılan bəyanatda bildirilib ki, iki İran dronundan biri Naxçıvan Hava Limanı binasına çırpılıb, digəri isə məktəb yaxınlığına enib.

Qurum mülki obyektlərin hədəfə alınmasını və mülki şəxslərin həyatının təhlükə altına atılmasını Azərbaycanın suverenliyinin pozulması və ölkənin təhlükəsizliyi ilə sabitliyinə təhdid kimi qiymətləndirib.

Baş Katiblik Azərbaycanın suverenliyi, təhlükəsizliyi və sabitliyinin qorunması istiqamətində ölkə ilə tam həmrəy olduğunu vurğulayıb.

Bəyanatda həmçinin regionda gərginliyi artıran və sabitliyi pozan bu kimi təxribatçı addımların dərhal dayandırılmasına çağırış edilib.

Üzv dövlətlərin hədəfə alınmasının və onların təhlükəsizliyinə təhdidin beynəlxalq hüququn prinsiplərinə zidd olduğu qeyd olunub.

Əlaqəli Xəbərlər